Maraqlı Xəbərlər

Delta Ştammı Gənclərdə Bu Orqanı Zədələyir – AÇIQLAMA

“Delta variantı gənclər arasında daha çox ağciyərlərin geniş həcmli zədələnməsi ilə müşahidə edilir”.

Evdar.az “Report”a istinadən xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə deyib.

Onun sözlərinə görə, hazırda ölkədə koronavirusun delta variantı yayılmaqda davam edir: “Delta variantı gənclərdə yüksək hərarətlə davam edir, xəstəliyin ilk həftəsindən ağciyərlər geniş həcmli zədələnir. Kompüter tomoqrafiya (KT) müayinəsində ağciyərlərin 70-80, hətta 90% zədələnməsi aşkar edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir