Maraqlı Xəbərlər

DIQQƏT: Məktəblərdə YENİ QAYDA – Buna İcazə Verilməyəcək!

Məktəblərdə YENİ QAYDA – Buna icazə verilməyəcək!

Evdar.az Report-a istinadən xəbər verir ki, məktəblərdə tənəffüs zamanı şagirdlərin bir yerə toplanmasına icazə verilməyəcək.

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin əməkdaşı Elçin Kərimov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlimdə deyib.

O bildirib ki, bununla bağlı yeni təlimatlar hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim olunması planlaşdırılır:

“Şagird sıxlığı müşahidə olunan məktəblərdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı təhlillər aparılır. Nəzərdə tutulur ki, şagird sayı çox olan sinifləri daha böyük ölçülü siniflərə keçirilsin. Bir partada bir yox, iki uşağın da oturması məsələsi var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir