Ev Şəraitində Kərpic Kimi Qatıq Hazırlamağın Qaydası
Faydalı Faydalı Məsləhətlər

Ev Şəraitində Kərpic Kimi Qatıq Hazırlamağın Qaydası

Sağlam qidalanmağa üstünlük verənlər, xüsusilə də mədə və bağırsağı qorumaq istəyənlər təbii, qatqı maddəsi olmayan məhsulları seçirlər. Mağazada satılan paketlənmiş qatığı istifadə etmək istəməyənlər ev şəraitində hazırlanmış qatıqlara üstünlük verirlər. Evdar.az ev şəraitində kərpic kimi qatıq hazırlamağın qaydasını təqdim edir.

Tərkibi:

  • 4 litr yağlı süd
  • 2 xörək qaşığı bərk qatıq

Hazırlanma qaydası:

Südü qaynadıb qablara bölüşdürün. Bir kənarda mayalandıracağınız qatığı yaxşıca qarışdın, 42 – 45 dərəcə istiliyə gələn südə əlavə edib qarışdırın. Qapağı örtüb, üzərinə mətbəx dəsmalı örtüb 5 saat bu şəkildə heç tərpətmədən saxlayın. Üstünü açıb qapağındaki suyu silib 5 dəqiqə sonra soyuducuya yerləşdirin.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.