Maraqlı Xəbərlər

İşsizsizlərə ŞAD XƏBƏR – Ayda 400 AZN Pul Verilir – RƏSMİ

“İşsizlikdən sığorta haqqında” qanunun 1.2 maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişinə cəlb edilən şəxslər əmək müqaviləsi ilə çalışmış şəxslər hesab olunur. Belə ki, əmək müqaviləsinə xitam verilmiş, iş yeri ləğv olunmuş vətəndaşlar işsizlikdən sığorta ödənişi əldə edə bilərlər. Eləcə də, qanuna edilmiş dəyişikliyə əsasən müddətli əmək müqaviləsi ilə işləyən və müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi əldə etmək hüququ verilir.

Evdar.az evdar xanımlar üçün də çox faydalı ola biləcək məlumatı təqdim edir:  Qeyd edək ki, oxu.az-a müsahibəsində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Cəmaləddin Quliyev hansı işsiz şəxslərin sığorta ödənişi ala biləcəyinə aydınlıq gətirib. O, qeyd edib ki, işsizlikdən sığorta ödənişi almaq hüququna malik şəxslərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində müvafiq addımlar atılır. Hazırda qanunvericiliyə dəyişiklik etmədən bir sıra islahatlar aparmaq, elektron informasiya sistemlərindən istifadə genişləndirilir. Bəzən vətəndaşların işlərinə xitam verilərkən onlar bundan məlumatsız olurlar. Bununla da sığorta ödənişini əldə edə bilmirlər. Məşğulluq altsistemində qeydiyyatda olan həmin şəxsləri taparaq, onların hüquqlarını müəyyənləşdirərək, onların telefon nömrələrinə SMS-lər göndərəcək. Eləcə də, pensiya sistemində olduğu kimi avtomatik olaraq işsizlikdən sığorta ödənişinin təyin olunması istiqamətində də işlər gedir.

Həmçinin, vətəndaşın iş yerindən asılı olmayaraq, istənilən ərazi məşğulluq mərkəzinə yaxınlaşmaqla ödəniş əldə etməsinə nail olacağıq. İşsizlikdən sığorta ödənişi təyin edilərkən vətəndaşın 24 ay ərzində 12 aydan çox əməkhaqqı toplanılır və ona uyğun olaraq məbləğ müəyyənləşdirilir. İşsizlikdən sığorta ödənişi minimum əməkhaqqından az, orta aylıq əməkhaqqından isə çox olmamalıdır. Hazırda ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə artıb. Hazırda orta aylıq məbləğ 342 manatdır. Növbəti aylarda biz həmin məbləğin daha çox olmasını gözləyirik. Hesablamalarımıza görə, orta aylıq ödəniş 400 manatdan artıq olacaq.

Hazırda 1500-dən çox işsiz şəxsə sığorta ödənişi edilir. Bu ay 325 nəfərə, ötən ay isə 365 nəfərə işsizlikdən sığorta ödənişi edilib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə rəqəmlərdə 2-3 dəfə artım var.

“İşsizlikdən sığorta haqqında” qanuna əsasən işsizlikdən sığorta ödənişi altı ay müddətinə təyin olunur. Əgər vətəndaş işlə təmin edilməsə, növbəti üç ay da təkrar olaraq ödənişlər həyata keçirilir. Lakin təkrar ödənişlər minimum əməkhaqqı qədər olur. Yəni, 250 manat. İşsizlikdən sığorta ödənişi doqquz aydan çox ola bilməz.

2 Rəy

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir