Maraqlı Xəbərlər

Koronavirus Kişi Sonsuzluğuna Səbəb Ola Bilər – Həkimdən AÇIQLAMA

Koronavirusa qarşı peyvəndlə bağlı iddialardan biri də vaksinin kişilərdə cinsi funksiyaların zəifləməsinə, hətta sonsuzluğa səbəb olmasıdır.

Evdar.az “oxu.az”a istinadən xəbər verir ki, bu məsləyə Başakşəhər və Sakura şəhər xəstəxanaları urologiya bölmələrində çalışan professor, elmlər doktoru Əbdülmütəllib Şimşək məsələyə aydınlıq gətirib. Həkim hər şeyin tam əksinə olduğunu deyib.

“İki doza peyvənd olunanlarda cinsi funksiyaların vəziyyəti araşdırılıb və bir sıra parametrlərdə xeyli irəliləyiş qeydə alınıb. Məlum olub ki, iki doza peyvənddən sonra kişilərdə cinsi funksionallıq xeyli artır”, – deyə professor “TRT Haber”-ə açıqlamasında bildirib.

Alim müvafiq araşdırmanın ABŞ-da aparıldığını və peyvəndin deyil, koronavirusun kişilər üçün təhlükə yaratdığını qeyd edib.

Onun sözlərinə görə, xəstəliyi ağır və yüksək hərarətlə keçirən xəstələrdə sağaldıqdan sonra cinsi funksiyaların zəifləməsi və ya ümumiyyətlə pozulması, həmçinin sonsuzluq kimi fəsadlar müşahidə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir