Maraqlı Xəbərlər

Maaş Artımı Gözləyənlərə ŞAD XƏBƏR

Hər il artan büdcə gəlirləri və xərclərinin gələn də il artması proqnozlaşdırılır. Həm neft, həm də qeyri-neft sektoru üzrə ili yüksək göstəriclərlə davam etdirən Azərbaycan iqtisadiyyatının gələn il üçün proqnozları da ürəkaçandır. Maliyyə Nazirliyinin açıqladığı büdcə proqnozlarında orta aylıq əmək haqqının da artacağı görünür. Bəs hansı sahələrə ayrılan vəsaitlər daha çox artacaq? 

2022-ci ilin dövlət büdcəsində təhsil xərcləri artırılacaq,əmək haqqlarında artımlar  olacaq.

Evdar.az Xəzər TV-yə istinadən bildirir ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-ci ilin icmal büdcə proqnozunu şərh edən Millət vəkili Vüqar Bayramov deyir ki, gələn il əmək haqlarında artımlar  planlaşdırlır..

Azərbaycan iqtisadiyyatının daha da güclənməsində mühüm rolu olan qeyri-neft sektorunun inkişafı gələn il də prioritet məsələlərdən biri olacaq. Hətta maliyyə hesabatına əsasən, 2024-cü ildə qeyri-neft sektorunun gəlirləri 50 faizlik barieri də aşacaq.Gələn ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb..

Büdcə gəlirləri ilə yanaşı gələn il büdcə xərclərində də əhəmiyyətli bir artımın olacağı proqnozlaşdırılır.

Qeyd  edək ki, 2022-ci ildə dövlət büdcəsinin gəlirləri 26 milyard  407 milyon, xərcləri isə 28 milyard 974 milyon manat məbləğində proqnozlaşdırılıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir