Ətri Evi Bürüyən Xamalı “Paytaxt” Keksi

Bu dadlı keks bişdikdə ətri bütün otağa yayılaraq insanı özünə valeh edir. Evdar.az xamalı Paytaxt keksinin reseptini təqdim edir. Tərkibi:
  • 100 qr kərə yağı
  • 170 qr şəkər tozu
  • 3 ədəd yumurta
  • 200 ml xama
  • 150 qr üzüm qurusu
  • 300 qr un
  • vanil
  • 2 çay qaşığı qabartma tozu
  • bir çimdik duz
Hazırlanma qaydası: Bir qabda yumşaldılmış kərə yağı və şəkər tozunu mikserlə yaxşıca çırpın. Üzərinə yumurtaları edib çırpmağa edin. Xamanı da əlavə edib qarışdırın. Üzüm qurusunu yuyub suyunu qurudun. Çırpdığınız kütləyə üzüm qurusu, un, qabartma tozu, duz və vanil əlavə edib spatulayla( və ya taxta qaşıqla) qarışdırın. Uzunsov keks qəlibinə yağlı kağız sərin və xəmiri əlavə edin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin. Bişən keksi soyudun və süfrəyə verdikdə üzərinə şəkər kirşanı səpin.
Nuş Olsun!
Servings: 1 yield(s)