İstridiya, asılqal (daha çox "veşenka" kimi tanınan) göbələkdir. İstridiya "veşenka" göbələyinin insan orqanizmi üçün faydası olduqca böyükdür. Bu göbələk bir sıra müalicəvi təsirlərə malikdir, insanın immun sistemini gücləndirir, çoxsaylı vitamin və mineral mənbəyidir, bədəndə yığılmış toksinlərin xaric olunmasında faydalıdır, eləcə də yüksək zülal tərkibli olması onu ət və ət məhsullarının ideal əvəzedicisinə çevirir. İstridiya göbələyinin 100 qramında cəmi 38 kalorinin olması isə onu pəhriz saxlayanlar və arıqlamaq istəyənlər üçün cəlbedici edir. Tərkibinə görə bu göbələk ət ilə oxşardır. Ona görə də Azərbaycanın bəzi bölgələrində bu göbələyə "ət" göbələyi də deyirlər.
Evdar.az ən dadlı və qidalı, eyni zamanda faydalı növlərindən biri olan istridiya (veşenka) göbələk qovurmasının reseptini təqdim edir.
Əti Əvəz Edən İstridiya "Veşenka" Göbələk Qovurmasının tərkibi: