Ətirli Qozlu Gavalı Mürəbbəsi

Qoz əlavə olunmuş ləzzətli və ətirli gavalı mürəbbəsi əzizlərinizi və qonaqlarınızı sevindirəcək. Evdar.az dadlı mürəbbənin reseptini təqdim edir. Tərkibi:
  • təxminən 1,3 kq gavalı
  • 1 kq şəkər tozu
  • 500 ml su
  • qoz (gavalının sayına görə)
Hazırlanma qaydası: İlk öncə gavalını yuyun, qabığını soyun və tumunu çıxardın (çalışın ki, tumunu gavalını kəsmədən çıxardın, yonulmamış qələmlə edə bilərsiniz). İri bir qabda mürəbbəni bişirmək üçün şərbət hazırlayın. Qaynayan şərbətin üzərinə gavalıları töküb 5 dəqiqə qaynadın. Ocaqdan götürüb 5 - 6 saat saxlayın. 3 - 4 dəfə təkrar edin. Bişmiş gavalıları süzgəcə tökün məti süzülsün. Hər bir gavalının içinə bölünmüş qozu yerləşdirin. Gavalıları bankaya yığıb üzərinə qaynar məti tökün. Qapağını bağlayıb soyuması üçün kənara qoyun. Qozlu gavalı mürəbbəsi hazırdır!
Nuş Olsun!
Servings: 1 yield(s)