12 Saata Qazanda Az Duzlu Xiyar Turşusu

Qazanda 12 saata xırtıldayan, dadlı az duzlu xiyar turşusu hazırlaya bilərsiniz.  Evdar.az 12 saatdan sonra yeyə biləcəyiniz dadlı xiyar turşusunun reseptini təqdim edir. Tərkibi:
  • 1 kq xiyar
  • 1 ədəd xren yarpağı
  • 5 ədəd şüyüd başı
  • 5 diş sarımsaq
  • ½ acı bibər
  • 8 ədəd dənə istiot
  • 2,5 xörək qaşığı duz
  • 2 litr su
Hazırlanma qaydası: İlk öncə qazana 2 litr su töküb duz əlavə edin. Qazanı ocağa qoyub qarışdıraraq qaynadın ki, duz həll olunsun. Daha sonra ocaqdan götürüb qazanın qapağını örtüb kənarda ilınması üçün saxlayın. Xiyarları yuyub baş tərəflərini kəsin. Acı bibər, şüyüd başı və xren yarpağını yuyun. Şüyüdü 3-4 santimetr uzunluğunda doğrayın. Xren yarpağını da qalın zolaqlar şəklində doğrayın. Bibərin də tumlarını təmizləyib dilimləyin.Sarımsaqları da təmizləyin. Qazanın dibinə göyərtilərin üçdə bir hissəsini yerləşdirin. Xiyarları daha da ətirli etmək üçün qazana albalı yarpaqları (5 ədəd) və qara qarağat yarpağı (5 ədəd) əlavə edə bilərsiniz. Daha sonra xiyarın yarısını bir qat düzün. Yenidən göyərti və qalan xiyarları da düzün. Üzərinə sarımsaqları, acı bibəri və dənə istiotu da səpib boşqab yerləşdirin. Boşqabın üzərinə ağırlıq, misalçün içi suyla dolu balon yerləşdirə bilərsiniz. Bir kənara qoyub otaq temperaturunda tamamilə soyuyana qədər saxlayın. Üzərindən balonu götürüb qazanı soyuducuya yerləşdirin. 12 saat sonra artıq xiyarlar hazırdır.
Nuş Olsun!
 
Servings: 1 yield(s)