2 Ədəd Lavaşdan Hazırlanan Dadlı Kəsmikli Borucuqlar

Resept blinçiki alınmayan və ya hazırlamağa vaxtı olmayanlar üçün uyğundur. Nazik lavaş blinçik xəmirini əvəz edəcəkdir. Evdar.az lavaşdan hazırlanan kəsmikli borucuqların reseptini təqdim edir.

2 Ədəd Lavaşdan Hazırlanan Dadlı Kəsmikli Borucuqların tərkibi:

  • 2 ədəd lavaş
  • 250 qr kəsmik
  • 50 qr üzüm qurusu
  • 10 qr vanil
  • 70 qr şəkər tozu
  • 2 ədəd yumurta
  • 1 ədəd yumurta sarısı
  • 30 qr kərə yağı
  • 2 xörək qaşığı manna yarması
  • 30 ml süd
  • zövqə görə darçın tozu və küncüt

2 Ədəd Lavaşdan Hazırlanan Dadlı Kəsmikli Borucuqların hazırlanma qaydası:

Kəsmiyi tel süzgəcə töküb artıq suyunu çəksin. Bir qaba kəsmik, 40 qr şəkər tozu, duz, yumurta, vanil və bir çimdik duz əlavə edib blenderlə krem konsistensiyası olana qədər yaxşıca qarışdırın. Kütləyə manna yarması əlavə edib qarışdırın. Üzüm qurusunu yuyun və qarışığa əlavə edib yenidən qarışdırın. Hər bir lavaşları elə hissələrə ayırın ki, təxminən 10 ilə 15 sm ölçülü düzbucaqlılar əldə edin. Bir qabda ayrıca yumurta sarısını çalın. Lavaşdan hazırladığınız düzbucaqlının uzun kənarına bir-iki xörək qaşığı kəsmik kütləsi qoyub rulet kimi bükün. Prosesdə kənarlarını yan tərəfə sıxmaq lazımdır ki, içlik axmasın. Lavaşın kənarına fırça ilə yumurta sarısı yaxın ki, yaxşıca yapışsın. Bu qaydayla lavaşları içliklə doldurub borucuqlar hazırlayın. Soba sinisini kərə yağı ilə yağlayın. Yumurta sarısıyla yapışdırdığınız hissə aşağı olmaqla siniyə düzün. Qalan çırpılmış sarıya süd əlavə edib qarışdırın. Boruların üst hissəsinə südlü yumurtanı bolluca yaxın. Üzərinə darçın və qalan şəkər tozunu səpin. Zövqə görə küncüt də səpə bilərsiniz. Əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. 
Nuş Olsun!
Servings: 1 yield(s)