2 Günə Hazır Olan Möhtəşəm Rəngli Çuğundur Turşusu

Çuğundurun sağlamlığımız üçün faydaları saysız-hesabsızdır. Faydalı çuğundurdan hazırlanan, qış aylarının əvəzolunmazı çuğundur turşusu həm dadı, həm də faydaları ilə çox əhəmiyyətli bir ləzzətdir. Evdar.az çuğundur turşusunun reseptini təqdim edir.

2 Günə Hazır Olan Möhtəşəm Rəngli Çuğundur Turşusunun tərkibi:

  • 1,5 kq qırmızı çuğundur
  • 4-5 diş sarımsaq
  • 1 çay qaşığı üzüm sirkəsi
  • 1,5 – 2 xörək qaşığı duz (duzu zövqünüzə görə tənzimləyə bilərsiniz)
  • çuğundurların üzərini 2 barmaq qədər keçəcək su

2 Günə Hazır Olan Möhtəşəm Rəngli Çuğundur Turşusunun hazırlanma qaydası:

İlk öncə çuğundurları ovuşduraraq yuyun və qazana qoyun. Üzərinə su və 1-2 çay qaşığı duz əlavə edib yumşalana qədər qaynadın. Qaynadılmış çuğundurları hələ isti ikən sudan çıxarın və qabıqlarını çox nazik soyun və ya dəsmal ilə ovuşduraraq soyun. Çuğundurların ölçüsündən asılı olaraq dörd və ya altı hissəyə bölün. Soyulmuş sarımsağı duzda yüngülcə əzin və ya 2-3 hissəyə bölün. Sirkə və duzu bankaya töküb, 1-2 çömçə qaşıqla qaynar su əlavə edib qarışdırın ki, duzu həll olunsun. Duz əridikdən sonra sarımsağı əlavə edin, doğranmış çuğunduru bankaya doldurun. Qalan qaynar suyu bankaya əlavə edin və qapağını möhkəm bağlayın. Otaq temperaturunda 2 gün saxlayın. Turşunuz 2-7 günə hazırdır.
Nuş Olsun!
Servings: 1 yield(s)