20 Dəqiqəyə Salafan Paketdə Yağsız Omlet

Elə yeməklər var ki, əsl tapıntıya çevrilir. Onlar asanlıqla səhər yeməyi, nahar və ya şam yeməyi üçün hazırlana bilər. Bu yeməklərdən biri də cəmi yarım saat ərzində salafan paketdə hazırlanan qeyri-adi omletdir. Bu resept qidalanmasına nəzarət edənlər üçün idealdır. Fakt budur ki, salafan paketdə omlet hazırlamaq üçün bir damcı yağ lazım deyil! Evdar.az yağsız, paketdə omlet reseptini təqdim edir.

20 Dəqiqəyə Salafan Paketdə Yağsız Omletin tərkibi:

  • 3 ədəd yumurta
  • 2 dənə şampinyon göbələyi
  • 1 ədəd pomidor
  • 100 qr kolbasa
  • 50-70 qr bərk pendir
  • bir neçə budaq yaşıl soğan
  • duz, istiot zövqə görə

20 Dəqiqəyə Salafan Paketdə Yağsız Omletin hazırlanma qaydası:

İlk öncə bir qabda yumurtanın üzərinə duz, istiot töküb çəngəllə yaxşıca çırpın. Daha sonra kiçik kub formasında doğranmış kolbasa, pomidor, yaşıl soğan və göbələyi də yumurtaya əlavə edin. Pendiri də sürtgəcdən keçirib əlavə edib qarışdırın. Hazırladığınız qarışığı salafat paketə töküb sıx bağlayın. Təhlükəsizlik üçün daha bir salafan paketə qoymaq olar. Bir qazanda suyu qaynadıb salafan paketi suya ehtiyyatla yerləşdirin. 20 dəqiqə qaynamağa qoyun. Nəzərə alın ki, salafan paket suda olduqda, qaynaması dayanacaq. Buna görə də, mayenin yenidən qaynamağa başladığı vaxtı təyin etmək lazımdır. Salafan paketi sudan çıxarıb kəsin Bişən omleti boşqaba qoyub süfrəyə verə bilərsiniz.
Qeyd: Salafan paket əvəzinə soba paketində hazırlaya bilərsiniz Nuş Olsun!
Servings: 1 yield(s)