3 Məhsulla Ev Şəraitində Qaymaq

Mağazadan aldığımız qaymağı səhər yeməyi süfrəsinə və bir çox desertlərin yanında süfrəyə veririk. Ancaq qaymağın hansı şəraitdə hazırlandığı sizi düşündürə bilər. Onunçün özünüz ev şəraitində sadəcə 3 məhsulla təbii qaymaq hazırlaya bilərsiniz. Evdar.az ev şəraitində qaymağın hazırlanma qaydasını təqdim edir. Tərkibi:
  • 2 stəkan süd
  • 3 paket qaymaq (800 ml)
  • 4 xörək qaşığı nişasta
Hazırlanma qaydası: İlk öncə südü qaynadıb ilınması üçün kənara qoyun. Pasterizə süd istifadə edəcəksinizsə bu addımı keçə bilərsiniz. Daha sonra südün içərisinə qaymaq (mağazada satılan paket qaymaq) və nişasta əlavə edin. Tel çırpıcıyla yaxçıca çırpıb ocağa qoyun. Konsistensiyası yüngül qatılaşdıqda ocaqdan götürün. Yüngül isladılmış odadavamlı şüşəyə və ya keramika bir qaba kütləni boşaldın. Üzərini streç salafanla örtün. Soyuduqdan sonra soyuducuya yerləşdirin. Ən azı 2 saat, mümkünsə 1 gecə soyuducuda saxlayın. Soyuducudan çıxartdıqdan sonra bıçaq köməyi ilə kəsin. Spatula köməyilə kvadrat və ya üçbucaq şəkli verərək kəsib çıxardın. Hazırladığınız qaymağı səhər yeməklərində balla və yağla süfrəyə verə bilərsiniz.
Qeyd: Təzə süd tam yağlı bir süd olmalıdır.Təzə südünüz yoxdursa, tam yağlı pasterizə edilmiş süd də edə bilərsiniz.Hazırladığınız qaymağı bağlı qabın içərisində 1 həftə-10 gün saxlaya bilərsiniz. Nuş Olsun!
Servings: 1 yield(s)