30 Dəqiqəyə Dadlı Suxarili Salat

Yields: 1 Serving

Tez və asan hazırlanan salat resepti axtarırsınız? Sadəcə yarım saat vaxtınızı alacaq dadlı, suxarili salat hazırlayın. Evdar.az dadlı suxarili lobya salatının reseptini təqdim edir.

Tərkibi :

  • 1 banka (350 qr) konservləşdirilmiş qarğıdalı dənəsi
  • 1 banka (350 qr) konservləşdirilmiş qırmızı lobya
  • 150 qr holland pendiri
  • 150 qr toyuq filesi
  • 2-3 xörək qaşığı mayonez
  • 1 paket suxari

Hazırlanma qaydası:

Pendiri kub formasında doğrayın. Toyuq filesini az duzlu suda bişirib soyudun və əti didin. Qırmızı lobyanı özünüz ev şəraitində suda bişirə bilərsiniz və ya konservləşdirilmiş lobyadan istifadə edə bilərsiniz. Bir qabda konservləşdirilmiş qarğıdalı dənəsi, qırmızı lobya, doğranmış holland pendiri, didilmiş toyuq filesi töküb qarışdırın. Üzərinə mayonez əlavə edib yaxşıca qarışdırın. 1 paket suxarini də səpib süfrəyə verə bilərsiniz. Suxari duzlu olduğu üçün duz əlavə edilmir (zövqə görə əlavə edə bilərsiniz). Suxari tez yumşaldığı üçün salatın üzərinə süfrəyə verməzdən 5 dəqiqə əvvəl səpin. Zövqə görə doğranmış göyərtiylə bəzəyə bilərsiniz.

Nuş Olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.