Ağızda Əriyən “Unudulmuş” Peçenye

Bu peçenyelər çox dadlı, zərif və sözün əsl mənasında ağzınızda əriyir. Bəs niyə “unudulmuş” soruşursunuz? Peçenyenin hazırlanma qaydasını oxuduqdan sonra biləcəksiniz. Evdar.az minimum sadə və sərfəli inqrediyentlərlə hazırlanan unudulmuş peçenyenin reseptini  təqdim edir.

Tərkibi:

  • 2 ədəd yumurta ağı
  • 110 qr xırda dənəli şəkər tozu və ya şəkər kirşanı
  • 100 qr qoz ləpəsi
  • 50 qr damla şokolad və ya plitka şokolad
  • 1 paket vanil

Hazırlanma qaydası:

İlk öncə qoz ləpəsini quru tavada yüngül qovurun. Qovrulan qoz ləpəsini xırda doğrayın. Otaq temperaturunda olan yumurta ağını mikserlə yaxşıca çırpın. Üzərinə şəkər tozu və şəkər kirşanı əlavə edib 10 dəqiqə çırpın. Vanil əlavə edib qarışdırın. Üzərinə damla şokolad (və ya xırda doğranmış plitka şokolad) və xırda doğranmış qoz əlavə edib qarışdırın. Yağlı kağız sərilmiş soba sinisinə bir qaşıq köməyilə kütlədən qoyub yüngülcə yayın.  Aralıqla düzün ki, bişdikdə yayılıb yapışmasın. Peçenyeləri əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 5 dəqiqə bişirin. Daha sonra sobanı söndürüb və 2 saatlıq peçenyeni “unudun”. 2 saat müddətində sobanın qapısını qətiyyən açmayın! 2 saatın tamamında peçenyeləri sobadan götürə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)