Ağızda Ovulan Və Ləzzətli Penovani Xaçapuri

Xaçapuri Gürcüstanın milli mətbəxinin yeməklərindəndir. Bu ləziz təam dünyanın ən dadlı yeməkləri siyahısında birinci yeri tutub. Xaçapuri ənənəvi olaraq un, pendir, yumurta və yağdan hazırlanır. Məhsul hazırlanarkən əsasən “suluquni” və ya İmereti pendirlərindən istifadə olunur. Amma son vaxtlar xaçapurinin hazırlanmasında “mozarella” və “feta” milli pendir növlərindən də istifadə edilir. Xaçapurinin bir neçə növü var. Evdar.az Penovani xaçapurinin reseptini təqdim edir.

Ağızda Ovulan Və Ləzzətli Penovani Xaçapurinun tərkibi:

Qat-qat xəmir üçün:

  • 1 kq əla növ un
  • 180 qr zeytun yağı
  • 500 ml çox soyuq su
  • 3 ədəd iri yumurta
  • duz
  • yarım çay qaşığı limon duzu

Xəmirin arasına qoymaq üçün:

  • 500 qr kərə yağı

İçlik üçün:

  • 800 qr imereti pendiri (və ya suluquni, parmesan, brınza)
  • 100 qr kərə yağı

Üzəri üçün:

  • 2 ədəd yumurta
  • qara çörəkotu

Ağızda Ovulan Və Ləzzətli Penovani Xaçapurinin hazırlanma qaydası:

İlk öncə yumurtaları sarısından ayırın. Xəmir yoğuracağınız qaba ayırdığınız yumurta sarısının üzərinə limon duzu töküb tel çırpıcıyla qarışdırın. Duzu da əlavə edib qarışdırın. Üzərinə zeytun yağını töküb qarışdırmağa davam edin. Daha sonra soyuq suyu da töküb yaxşıca qarışdırın. Unu da az-az əlavə edib xəmir yoğurun. Yoğurduğunuz xəmiri masaya vuraraq "döyün". Yaxşıca yoğurduğunuz xəmirin üzərini mətbəx dəsmalıyla örtüb yarım saatlıq kənara qoyun. Xəmiri 5 bərabər hissəyə bölüb  kündələyin. Birinci kündəni unlanmış dəzgahın üzərinə kiçik boşqab ölçüsündə oxlovla yayın. Daha sonra xəmirin orta hissəsinə otaq temperaturunda yumşadılmış 100 qr kərə yağını qoyub xəmirin kənarlarını barmaqlarınızla yapışdırın. Daha sonra oxlovla yayın və 2-3 dəfə qatlayaraq salafan paketə qoyub soyuducuya 30 dəqiqəlik yerləşdirin. Bu qaydayla qalan kündələri də hazırlayın. 30 dəqiqə sonra kündəni soyuducudan götürüb yenə oxlovla yayıb qatlayın. Salafan paketə qoyub 40 dəqiqəlik soyuducuya yerləşdirin. 3-cü dəfə eyni qaydayla kündələri yayıb, qatlayıb 50 dəqiqəlik yerləşdirin. 4-cü dəfə 1 saatlıq soyuducuya yerləşdirin. 5-ci dəfə 70 dəqiqəlik soyuducuya yerləşdirin. Xəmir hazırdır. Pendiri rəndənin iri gözündən keçirin. Soyuduca saxladığınız xəmirin bir kündəsini unlanmış dəzgahın üzərində oxlovla 2 mm qalınlığında düzbucaqlı şəkildə yayın. Xəmirdən kvadratlar kəsin və içlikdən qoyun. Pendirlərin üzərinə əridilmiş kərə yağı gəzdirin. Xəmirləri məktub formasında büküb yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Üzərinə yumurta sarısı yaxıb çörəkotu səpin. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada 25 dəqiqə bişirin.
Qeyd: Artıq qalan xəmirdən başqa növ pendirlə və ya içliklə hazırlaya bilərsiniz. Nuş Olsun!
Servings: 1 yield(s)