Ananaslı və Toyuqlu “Zəriflik” Salatı

Bayram süfrəsi üçün ideal salat resepti. Əlbəttə ki, hazırlanmasının sadəliyini nəzərə alaraq, hər hansı bir başqa gün də bu salatı edə bilərsiniz. Evdar.az ananaslı və toyuqlu “Zəriflik” salatının reseptini təqdim edir. Tərkibi:
  • 200 qr toyuq filesi
  • 200 qr konservləşdirilmiş ananas
  • 100 qr pendir
  • 4 ədəd yumurta
  • 100 qr mayonez
  • zövqə görə duz, istiot
Hazırlanma qaydası: İlk öncə toyuq filesini suda bişirin. Bişib soyuyan fileni kub formasında doğrayın. Konservləşdirilmiş ananası da doğrayın. Yumurtaları da suda bişirib soyudun. Qabığı soyulmuş yumurtanın ağını sarısından ayırın. Yumurta ağı və sarısını sürtgəcdən keçirin. Pendiri sürtgəcdən keçirin. Sürtgəcdən keçirdiyiniz pendirdən salatın üzərini bəzəmək üçün ayırın. Salatı hazırlayacağınız qaba ilk öncə doğranmış toyuq filesi yayıb duz,istiot töküb mayonez yaxın. Üzərindən doğranmış ananas dilimlərini düzüb, pendir səpin. Pendirin üzərindən yumurta sarısını yayın. Duz səpib, mayonez yaxın. Daha sonra yumurta ağını da səpib duz tökün. Salatın üzərini ayırdığınız pendirlə və ananas dilimləriylə bəzəyin.
Nuş Olsun!
Servings: 1 yield(s)