Balığın Zibilə Atdığınız Bu Hissələri Ən Faydalıdır
Hər kəsin sevərək yediyi balıq, ləzzətli olmasıyla yanaşı bir çox xəstəliyin şəfasıdır. Balıq əti, yüksək xolesterinin azaldılmasından, metabolizmin güclənməsinə, dəri gözəlliyindən, oynaq sağlamlığına qədər bir çox xəstəliyə şəfa olur. Bəs balığın hansı hissəsi ən faydalıdır? Evdar.az dənizdən gələn sağlamlıq və vitamin qaynağı olan balıq haqqında məlumatı təqdim edir.
Bu Dəniz Məhsulunun Faydalı Hissələri
Mütəxəssislər xüsusilə baş və quyruq hissəsinin mütləq yeyilməsi, balığın orqanizmdə enerji artırılması baxımından əhəmiyyətli bir qida qaynağı olduğunu bildirir.
Orqanizmə faydaları ilə seçilən balıq
Müntəzəm yeyildikdə depressiyaya düşmə ehtimalını salmaqda olduqca təsirli olan balıq təzyiq, köklük, iflic, ürək və damar xəstəliklərinə qarşı qoruyucu vəzifəsini görür.
Kalsiumla zəngin balıq hissələri
Balığın sümüyü ilə yanaşı, başı və quyruğunun da kalsium baxımından zəngin olduğunu qeyd edən mütəxəssislər, sümük əriməsi olanların mütləq balıq yeyilməsinin vacib olduğunu qeyd edir.