Balıq Yeməyi Sevməyən Uşaqlar Üçün Pomidor Sousunda Balıq Küftələri

Balıq küftələri çox faydalı və iştahaaçan bir yeməkdir. Belə şirin qırmızı topları adi formada balıqları sevməyən bir çox uşaq sevəcək. Evdar.az pomidor sousunda balıq küftələrinin reseptini təqdim edir.

Pomidor Sousunda Balıq Küftələrinin tərkibi:

  • 400-450 qr öz şirəsində pomidor
  • 450 qr balıq filesi qiyməsi
  • 1 ədəd şirin bolqar bibəri
  • 2  ədəd soğan
  • 1-2 diş sarımsaq
  • mixək dənəsi
  • bir neçə budaq göyərti
  • 2 xörək qaşığı bitki yağı
  • duz, istiot, italyan otları

Pomidor Sousunda Balıq Küftələrinin hazırlanma qaydası:

İlk öncə öz şirəsində olan pomidorları, bibər və soğanı kiçik kub formasında doğrayın. Sarımsağı əzib xırdalayın. Göyərtini də xırda doğrayın. Qazana yağ töküb qızdırın. Doğranmış soğan və bibəri yumşalana qədər qovurun. Sarımsağı da əlavə edib yarım dəqiqə bişirin. Pomidorları şirəsi ilə birlikdə qazana əlavə edin. Ədviyyatları səpib 3-4 dəqiqə bişirin. Ocaqdan götürüb doğranmış göyərti əlavə edib qarışdırın. Balıq filesi qiyməsinə duz, istiot, italyan otları əlavə edib qarışdırın. Küftələr hazırlayıb yağlanmış soba sinisinə aralıqlarla düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 7-10 dəqiqə bişirin.Bişən küftələri sobadan götürüb qazana pomidor sousuna əlavə edib ocağa qoyun və 15 dəqiqə bişirin. Bişən yeməyi isti halda süfrəyə verin.
Əlavə qeyd:
  • Balıq filesi üçün qarbuşa (çəhrayı qızılbalıq), nərə balığı, treska balığı, xek balığı və mintay balığının filesi seçilir.
  • Dondurulmuş balıqdan istifadə edirsinizsə, onda onu duzlu suda əritmək tövsiyə olunur - bu şəkildə dadını və faydalı elementlərini saxlayacaq.
  • Küftə üçün qarnir olaraq kartof, düyü və ya mərcimək püresi vermək məsləhətdir.
Servings: 1 yield(s)