Bişməyən “Bounty” Ruleti

Kokoslu desertləri sevənlər üçün bu dadlı və asan hazırlanan rulet əvəzolunmaz olacaq. Evdar.az bişməyən ruletin reseptini təqdim edir.

Bişməyən "Bounty" Ruletinin tərkibi:

  • 100 qr kokos qırıntısı
  • 200 qr qatılaşdırılmış süd
  • 50 qr kərə yağı
  • 350 qr peçenye (Oreo və ya hər hansı şokoladlı peçenye)
  • 70 ml süd

Bişməyən "Bounty" Ruletin hazırlanma qaydası:

Dərin bir qabda kokos qırıntısı, qatılaşdırılmış süd və otaq temperaturunda yumşaldılmış kərə yağını qarışdırın. Kokoslu qarışığı bir qazana tökün və orta istilikdə qızdırın. Kütlə isti olan kimi ocaqdan götürüb bir boşqaba töküb yayın. Üzərinə streç salafan örtün və təxminən 20 dəqiqə soyuducuya yerləşdirin ki, soyusun və sabitləşsin. Peçenyeləri blenderlə qırıntı halına gətirin. Bir qabda peçenye qırıntılarının üzərinə süd əlavə edib yaxşıca qarışdırın. Dəzgahın üzərinə streç salafan sərin. Peçenyeli kütləni streç salafanın üzərinə əllərinizlə düzbucaqlı şəklində düz bir təbəqə halında yayın. Soyudulmuş kokoslu içliyi xəmirin üstünə qoyub hər tərəfinə yayaraq hamarlayın. Streç salafanın köməyi ilə rulet formasında büküb streç salafana mökhəm sarın. Ruleti 2-3 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan çıxarıb dərhal yeyin. Əks halda 5-10 dəqiqədən sonra yumşaq olur.
Nuş Olsun!
Servings: 1 yield(s)