Gözəl Görünüşlü və Ləzzətli Bulud Yumurta

Xüsusilə uşaqlar səhər yeməyində yumurta yeməkdən imtina edirlər. Onların da yeməsi üçün yumurtanı əyləncəli hala gətirərək iştahlarını qabarda bilərsiniz. Evdar.az həm görünüşü ilə, həm də möhtəşəm ləzzətilə yeyən hər kəsə sevinc gətirəcək bulud yumurtanın hazırlanma qaydasını təqdim edir.

Bulud Yumurtanın tərkibi:

  • 4 ədəd yumurta
  • 1 çay qaşığı duz

Bulud Yumurtanın hazırlanma qaydası:

Yumurtaları sındırıb sarısını bir qaba, ağını da ayrı bir qaba tökün. Yumurta ağlarının üstünə duz atın və  mikserin orta sürətiylə köpürənədək yaxşıca çırpın. Yağlı kağız sərilmiş soba sinisinə taxta qaşıq və ya spatuyla orta böyüklükdə bezelər şəklində yumurta ağından qoyun. Qoyduğunuz bezelərin orta hissəsindən boşluq açın. Orta hissəsindəki boşluqlara yumurta sarılarını dağılmayacaq şəkildə bütov halda yerləşdirin. Əvvəlcədən 190 dərəcə qızdırılmış sobada rəngi qızaranadək 15-20 dəqiqə bişirin. Bişən bulud yumurtaları sobadan çıxarıb isti halda süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)