Cəmi 30 Dəqiqəyə Hazırlanan Bişməyən “Napoleon” Tortu

Napoleon tortu ən çox sevilən desertlərdən biri hesab olunur. Uşaqlıqdan çoxlarının sevdiyi, zərif, laylı, xırtıldayan, həm bayram süfrəsini, həm də gündəlik çay süfrəsini bəzəməyə qadir olan tortdur. Nazik korjlardan və bişmiş kremdən ibarət olan olan Napoleon tortunu bu dəfə fərqli tərkiblə, cəmi 30 dəqiqəyə hazırlaya bilərsiniz. Üstəlik, hər evdar qadın belə bir tort hazırlamaqla bütün gününü sobanın yanında keçirmək istəmir. Evdar.az 30 dəqiqəyə bişməyən Napoleon tortunun reseptini təqdim edir. Tərkibi:
  • 420 qr qat-qat "Uşki" peçenyesi
Kremi üçün:
  • 3 ədəd yumurta
  • 3 xörək qaşığı şəkər tozu
  • 3 xörək qaşığı nişasta
  • 700 ml süd
  • 90 qr kərə yağı
  • 1 paket vanil
Hazırlanma qaydası: Kremi hazırlamaq üçün bir qabda yumurta, şəkər tozu və nişastanı tel çırpıcıyla yaxşıca qarışdırın. Südü qaynayana qədər qızdırın. İsti süddən bir az yumurta kütləsinə az-az əlavə edib dayanmadan qarışdırın.  Daha sonra südlə birləşən yumurta kütləsini yenidən qazana töküb ocağa qoyun. Dayanmadan qarışdıraraq qatılaşanadək bişirin. Ocaqdan götürdüyünüz isti halda olan kremə kərə yağı və vanil əlavə edib qarışdırın Kremin üzərinə streç salafan örtüb soyuması üçün kənara qoyun. Formaya qat-qat peçenyeni düzün və üzərinə krem yaxın. Bu qaydayla peçenyeləri qat-qat düzüb kremləyin.Üzərinə peçenye qırıntılarını səpib bəzəyin. Tortu otaq temperaturunda 1 saat saxlayın.  Daha sonra bir neçə saatlıq soyuducuya yerləşdirin.
Nuş Olsun!
Servings: 1 yield(s)