Çayın Yanına 10 Dəqiqəyə Çiyələk Konfeti

Soyuq qış günləri isti çayın yanına 10 dəqiqəyə dadlı konfet hazırlaya bilərsiniz. Evdar.az asan hazırlanan çiyələk konfetinin reseptini təqdim edir. Tərkibi: ⠀
  • 1 banka qatılaşdırılmış süd ⠀
  • 1 xörək qaşığı marqarin ⠀
  • 1 paket çiyələkli jelatin
  • 1 boşqab çəhrayı rəng kristal şəkər tozu
  • çiyələk saplağı
Hazırlanma qaydası: Bir qabda qatılaşdırılmış süd, marqarin və jelatini qarışdırın. Ocağa yerləşdirin, qarışdırmağı dayandırmadan qatılaşanadək qarışdırın. Ocaqdan götürüb tez soyuması üçün boşqaba tökün. Üzərinə streç salafan sərib 10 dəqiqəlik soyuducuya yerləşdirin. Daha sonra əlinizi yumşaq kərə yağıyla yağlayın, soyuducudan çıxartdığınız kütlədən qaşıqla qoparıb çiyələk forması verin. Çiyələk forması verdiyiniz konfetləri çəhrayı rəng kristal şəkər tozuna hər tərəfli bulayın. Konfetlərə çiyələk forması vermək üçün çiyələk saplağını da üst hissəsindən batırın.
Nuş Olsun!
   
Servings: 1 yield(s)