Çayın Yanına Ləzzətli Ballı Çörək

Çay süfrəsi üçün yüngül, şirin və ləzzətli ballı çörək hazırlaya bilərsiniz. Evdar.az ballı çörək reseptini təqdim edir. Tərkibi:
  • 1 stəkan süd
  • 1 paket yaş maya
  • 115 qram (yarım stəkan) kərə yağı
  • 1 fincan bal
  • 2 ədəd yumurta
  • yarım çay qaşığı duz
  • 2 stəkan un
Hazırlanma qaydası: Bir qabda süd, maya, kərə yağı, yumurta, bal, duz və unu qarışdırıaraq xəmir yoğurun. Alınan xəmiri başqa bir qabın içinə qoyaraq mayalanmaya qoyun. Mayalanan xəmiri düzbucaqlı şəklində oxlovla yayın. Xəmiri kiçik kvadratlar şəklində kəsin. Xəmirləri soba sinisinə düzün və üzərinə kərə yağı yaxıb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin. Bişən çörəkləri boşqaba qoyub süfrəyə verin.
 
Servings: 1 yield(s)