Çayın Yanına Tezbazar Almalı Peçenye

Çayın yanına tezbazar peçenye hazırlamaq istəyirsinizsə bu resept sizin üçündür. Evdar.az ətirli və dadlı almalı peçenye reseptini təqdim edir.

Tərkibi:

  • 30 qr kərə yağı
  • 270 qr alma
  • 2 xörək qaşığı limon suyu
  • 1 çay qaşığı darçın tozu

Xəmiri üçün:

  • 200 qr şəkər tozu
  • 1 ədəd yumurta
  • 110 qr əridilmiş kərə yağı
  • 370 qr un
  • 1 çay qaşığı qabartma tozu
  • 0,5 çay qaşığı duz

Hazırlanma qaydası:

Kərə yağını kiçik qazanda əridin. Üzərinə qabığı soyulmuş, xırda doğranmış almanı və darçın tozunu töküb qarışdırın. Ocağın üstündə almaların suyu çəkilənə qədər bişirin. Daha sonra bişmiş almaları ocaqdan götürüb üzərinə limon suyu töküb blenderlə püre halına gətirin. Bir qabda alma püresinin üzərinə umurta , şəkər tozu və kərə yağı töküb qarışdırın. Ələnmiş un, duz və qabartma tozu əlavə edib yumşaq yapışqan xəmir yoğurun.Xəmirdən 1 xörək qaşığı qədər götürüb dairələr yuvarlayın. Dairələri əlinizi isladaraq yuvarlamağınız məsləhətdir. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla yerləşdirib 30 dəqiqəlik soyucuya yerləşdirin. Soyuducudan çıxarıb dairələri bir-bir una bulayıb yağlı kağız sinisinə yeləşdirin. Xəmirlərin üzərinə yüngül basın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin. Bişən peçenyeləri soyudun və  üzərinə şəkər kirşanı səpib süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)