Cupcake Bəzəyi Üçün İdeal Krem

Tortların, kapkeyklərin bəzədilməsi üçün çox asan hazırlanan və dadlı krem resepti.. Evdar.az formasını saxlayan və ləzzətli kremin reseptini təqdim edir. Tərkibi:
  • 200 qr 82,5% kərə yağı
  • 300 qr qatlaşdırılmış süd
  • vanil ekstraktı və ya istədiyiniz aromatizator
Hazırlanma qaydası: Bir qabda yumşaldılmış kərə yağını mikserlə yaxşıca çırpın. Otaq temperaturunda olan qatılaşdırılmış südü də çırpılmış yağa az-az əlavə edib mikserin ən yüksək sürətiylə 5-10 dəqiqə çırpın. Krem yüngül və formasını saxlayan hala gəldikdə istifadə etmək olar. Hazır kremlə kapkeykləri bəzəyə bilərsiniz. VACİB QEYD:
  • Kərə yağı seçərkən keyfiyyətli yağ olmalıdır. 82,5 % yağ məsləhətlidir.
  • Əgər yağa qatılaşdırılmış süd əlavə etdikdən sonra krem köpmürsə 5-7 dəqiqəlik qabı soyuducuya yerləşdirin. Daha sonra çıxarıb yenidən mikserlə çırpın, istədiyiniz konsistensiyaya gələcək.
  • Kremi soyuducunun dondurucu rəfində saxlaya bilərsiniz. Dondurucuda kremin saxlama müddəti istifadə etdiyiniz məhsulların yararlılıq müddətindən asılıdır.
  • Əgər soyuducudan götürdüyünüz krem maye buraxarsa sadəcə 1 dəqiqə mikserlə çırpın, yenidən əvvəlki konsistensiyaya qayıdacaq.
  • Kremi yağlı boyalarla da rəngləyə bilərsiniz.
Servings: 1 yield(s)