Dadlı, Ətirli, Xırtıldayan Sarımsaqlı Çörək

İnanılmaz dərəcədə dadlı, xırtıldayan və ətirli sarımsaqlı yağlı çörək evdə hazırlaya biləcəyiniz ən asan qəlyanaltılardan biridir. Bu çörək şorbalara və salatlara əla müşayiətçi ola bilər. Evdar.az sarımsaqlı çörəyin reseptini təqdim edir.

Tərkibi:

  • 1 baş sarımsaq
  • 100 qr yumşaq kərə yağı
  • 1 baqet çörəyi
  • 1 budaq göyərti
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 60 qr parmezan pendiri
  • 60 ml zeytun yağı

Hazırlanma qaydası:

Sarımsağın üst hissəsini kəsin, qabığını yüngülcə soyun və folqa kağızının üzərinə qoyun. Sarımsağın üzərinə zövqə görə zeytun yağı, duz və istiot səpin. Sarımsağı folqa ilə büküb əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bir qabda otaq temperaturunda yumşaldılmış kərə yağı, qırmızı bibər tozu, sürtgəcdən keçirilmiş parmezan pendiri, doğranmış təzə göyərti, bişmiş sarımsaq, duz və istiot töküb yaxşıca qarışdırın. Baget çörəyini uzununa kəsin. Hər iki yarısını sarımsaqlı yağ ilə yağlayın.Yağladığınız baqet çörəklərini soba sinisinə yerləşdirib əvvəlcədən 200 dərəcə qızdırılmış sobada 10-12 dəqiqə üzəri qızara qədər bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)