Dadlı, Doyurucu Balqabaq Mantısı

Şirin balqabaq mövsümündə sevdiklərinizi dadlı balqabaq mantısı ilə sevindirmək fürsətini qaçırmayın. Üstəlik, buxarda hazırlanmış balqabaq çox faydalıdır. Zövqə görə içliyə quyruq yağı əlavə edilə bilər, onda yeməyi daha da doyurucu edir. Evdar.az balqabaqlı mantının reseptini təqdim edir. Tərkibi: Xəmir üçün:
  • 500 qr un
  • 1 ədəd yumurta
  • 250 ml isti su
  • yarım çay qaşığı duz
  • 2 xörək qaşığı bitki yağı
İçlik üçün:
  • 800 qr balqabaq ləti
  • 300 qr soğan
  • 150 qr quyruq yağı
  • zövqə görə duz, istiot
Hazırlanma qaydası: Xəmiri hazırlamaq üçün dərin bir qaba unu ələyin və orta hissəsində boşluq açın. Başqa bir qabda yumurta və duzu çəngəllə çırpın. Üzərinə ilıq su və 1 xörək qaşığı bitki yağı əlavə edib yaxşıca qarışdırın. Hazırladığınız qarışığı unun orta hissəsinə töküb əvvəlcə çəngəllə, daha sonra əllə qarışdıraraq xəmir yoğurun. Xəmiri 5-7 dəqiqə yoğurub, yüngül yağlayıb qaba qoyun. Üzərinə streç salafan sərib 30-40 dəqiqəlik otaq temperaturunda saxlayın. İçliyi hazırlamaq üçün balqabaq lətini kiçik kub formasında doğrayın. Soğanı da xırda kub formasında doğrayıb balqabağa əlavə edin. Quyruq yağını da kiçik doğrayıb tərəvəzlərə əlavə edin. Yağlı quyruq yağı əvəzinə bitki yağı istifadə edə bilərsiniz - içliyə 2 xörək qaşığı əlavə edin. Duz, istiot və pul bibər əlavə edib qarışdırın. Dincələn xəmiri 3-4 hissəyə bölün və hər birini 1-2 millimetr qalınlığında nazik yuxalar yayın. Yuxanı təxminən 10-12 santimetr olan kvadratlara kəsin, içliyi qoyub, birləşdirin, küncləri diaqonal olaraq düzəldin və kənarları mərkəzə yapışdırın. Nəlbəki üzərinə bir az bitki yağı tökün. Hər bir mantının alt hissəsini yağa batırıb mantı qazanına yerləşdirin. Bu qaydayla xəmirləri içliklə doldurub qazana düzüb 30 dəqiqə bişirin. Zövqə görə qaymaq, xama və ya qatıq ilə süfrəyə verin.
Nuş Olsun!
Servings: 1 yield(s)