Dadlı Və Faydalı Almalı Mayonez

Almalı mayonez ət və balıq yeməklərində, sendviç və salatların hazırlanmasında istifadə etmək üçün ən dadlı sousdur. Həm dadlı, həm də faydalıdır. Evdar.az ev şəraitində dietik almalı mayonezin hazırlanma qaydasını təqdim edir. Tərkibi:
  • 4 ədəd alma
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı xardal
  • sarıkök
  • 1 xörək qaşığı limon suyu
  • 200 ml bitki yağı
  • istiot
Hazırlanma qaydası: İlk öncə almaların qabığını soyun və cecəyini çıxarın. Dilimləyib soba paketinə qoyun. Paketin üzərində dəliklər açaraq 5 dəqiqəlik mikrodalğalı sobaya yerləşdirin. Yumşalan almaları pürə halına gələnədək blenderlə əzin. Bir qabda alma püresi, duz, xardal, limon suyu, sarıkök, istiot və bitki yağını blenderlə yaxşıca çırpın. Hazır sousu bankaya töküb soyuducuya yerləşdirin. Almalı mayonezlə salatlar hazırlaya bilərsiniz.
Nuş Olun!
Servings: 1 yield(s)