Dietik “Quş Südü” Deserti

Pəhriz saxlayırsınız və sevdiyiniz şirniyyatları yeyə bilmirsiniz? O zaman dadlı quş südü desertinin bu sadə resepti yalnız sizin üçündür. Evdar.az dietik "Quş südü" desertinin reseptini təqdim edir. Tərkibi:
  • 3 ədəd yumurta ağı
  • 50 ml aşağı yağlılığı süd
  • 10-15 qr jelatin
  • 50 ml su
  • çimdik vanil
  • zövqə görə stevia ekstraktı
  • kakao
Hazırlanma qaydası: İlk öncə jelatini soyuq suda 15 dəqiqə isladın. Yumurta ağını mikserlə yaxşıca çırpın. Jelatini qızdırın, ancaq qaynatmayın, tamamilə həll olunana qədər qarışdırın. Yumurta ağına vanil, steviya və jelatini əlavə edib mikserlə çırpmağa davam edin. Südü də tökün və yenidən çırpın(pəhrizdə deyilsinizsə, şəkər əvəzinə eyni miqdarda qatılaşdırılmış süd əlavə edə bilərsiniz). Hazırladığını kütlə istədiyiniz qəlibə tökün və 2-3 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürdüyünüz desertin üzərinə kakao səpib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)