Ekzotik Despacito Tortu

Braziliya mətbəxinin dadlı şokoladlı tortu "Despacito". Zərif biskvitli, ecazkar şokoladlı kremiylə şirniyyat sevənlərin sevimli desertlərindən biri olacaq. Evdar.az Braziliya mətbəxindən dondurma dadınla olan Despacito tortunun reseptini təqdim edir. Tərkibi: Biskvit üçün:
  • 3 ədəd yumurta
  • 1 paket vanil
  • 1/2 stəkan şəkər tozu
  • 1/2 stəkan un
  • 2 dolu xörək qaşığı kakao
  • 1 çay qaşığı qabartma tozu
Biskviti islatmaq üçün:
  • 1 stəkan ilıq süd
  • 1 çay qaşığı şəkər tozu
  • 1 çay qaşığı qəhvə və ya kakao
Kremi üçün:
  • 150 qr. şokolad
  • 300 ml 33%-lik qaymaq
Hazırlanma qaydası: Biskviti hazırlamaq üçün bir qabda yumurta, vanil və şəkər tozu əlavə edib mikserlə yaxşıca çırpın. Digər bir qabda un, qabartma tozu və kakaonu ələyin. Unlu qarışığı hissə-hissə əlavə edib ehtiyyatla taxta qaşıqla və ya spatulayla qarışdırın. Hazır biskvit xəmirini yağlı kağız sərilmiş diametri 24 sm olan dairəvi soba sinisinə yayın. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. Biskviti islatmaq üçün 1 stəkan (200 ml) südə 1 xörək qaşığı şəkər tozu və 1 çay qaşığı qəhvə və ya kakao əlavə edib qarışdırın. Bişən biskviti soyudun və boşqaba yerləşdirin. Biskviti hazırladığınız qəhvəli südlə isladın. Şokoladı xırdalayıb bir qaba yerləşdirin və su hamamında əridin. Əriyən şokoladı arabir qarışdırıaraq soyuması üçün kənara qoyun. Kremi hazırlamaq üçün soyuducudan çıxratdığınız qaymağı bir qabda mikserlə yaxşıca çırpın. Ərildilmiş şokoladdan tortun üzəri üçün 2-3 xörək qaşığı ayırıb başqa bir qaba götürün. Çırpıdığınız qaymaqdan 1-2 qaşıq əridilmiş şokolada əlavə edib qarışdırın. Daha sonra şokoladlı qaymaqdan az-az çırpılmış qaymağa əlavə edib qarışdırın. Şokoladlı krem hazırdır. Şokoladlı kremi biskvitin üzərinə əlavə edib hərtərəfli yayın. Tortun üzəri üçün ayırdığınız şokoladla tortun üzərini bəzəyin. Hazırladığınız tortu 4-5 saatlıq soyuducuya yerləşdirin. Şokoladlı dondurma dadında olan tortu dilimləyib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)