Ev Şəraitində Philadelpia Krem Pendiri

Philadelpia krem pendiri, dünyanın ən məşhur və sevilən pendirlərindən biridir. Yüngül qəlyanaltıların və şirniyyatların hazırlanması üçün istifadə olunur. Bundan əlavə, Cheescake-in hazırlanmasında orijinal reseptlərin dəyişməz və əsas tərkib hissəsidir. Filadelfiya pendiri zülal və kalsiumun təbii mənbəyidir. Evdar.az ev şəraitində filadelfiya pendirinin hazırlanma qaydasını təqdim edir.

Philadelpia Krem Pendirinin tərkibi:

  • 25 % xama
  • təbii yoqurt
  • 1,5 xörək qaşığı limon suyu

Philadelpia Krem Pendiri hazırlanma qaydası:

Bir qabda xamanın üzərinə təbii yoqurt töküb qarışdırın. Üzərinə duz və limon suyu əlavə edin. Hazırladığınız kütləni təmiz tənzif sərilmiş bir ələk və ya süzgəcə tökün.  Daha sonra üzərinə ağır bir əşya yerləşdirib 12 saatlıq soyuducuya yerləşdirin. Bunu gecədən hazırlayıb səhər istifadə edə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)