Ev Şəraitində Korovka Konfeti

Uşaqlığımızın ən dadlı və sevimli konfetlərindən biri "Korovka" konfetləridir. Təəssüf ki, artıq mağazalarda satılan konfetlərin tərkibi uşaqlıqda sevərək yediyimiz koneftlərdən deyil. Evdar.az ev şəraitində hazırlanan Korovka konfetinin reseptini təqdim edir. Tərkibi:
  • 6 stəkan şəkər tozu
  • 1 xörək qaşığı kakao
  • 100 qr kərə yağı
  • 2 stəkan süd
  • 3 ədəd yumurta
Hazırlanma qaydası: Bir qabda şəkər tozu, yumurta, kərə yağı, kakao və südü qarışdırıb 20 dəqiqə ocaqda bişirin. Bişən kütləni streç salafana töküb hamarlaşdırın. Və ya silikon qəliblərə bölüşdürün. Konfet soyuduqdan sonra kiçik porsiyalarla kəsin. Silikon qəliblərdən istifadə etmisinizsə konfetləri çıxarmaq asan olacaq. Çox dadlı və ən əsası heç bir zərərli qatqısı olmayan konfetləriniz hazırdır.
Nuş Olsun!
Servings: 1 yield(s)