Ev Şəraitində Moruqlu Pastila

Giləmeyvəli pastila, allergiyalı uşaqları olan analar tərəfindən ən çox bəyəniləcək dadlı və faydalı  "şirnilərdir". Bu gün mağazaların rəflərində hazır pastila tapa bilərsiniz, lakin onun tərkibində çoxlu şəkər var və paketdə göstərilən tərkibin olması ehtimalı azdır. Evdar.az ev şəraitində moruqlu pastilanın reseptini təqdim edir.

Ev Şəraitində Moruqlu Pastilanın tərkibi:

  • 2 litr moruq
  • 5 xörək qaşığı bitki yağı
  • zövqə görə bal

Ev Şəraitində Moruqlu Pastilanın hazırlanma qaydası:

İlk öncə qazana moruqları tökün. Əl blenderinin köməyi ilə yaxşıca püre halına gələnə qədər qarışdırın. Qazanı ocağa qoyub moruq püresini 40-50 dərəcəyə qədər qızdırın. Püre qızmağa başladıqda bal əlavə edin. Dadın və şirinliyini tənzimləyin. Lazım olan temperatura çatdıqda ocağı söndürün. Bütün bal dağılana qədər qarışdırmağa davam edin. Pastilanın hamar olmağını istəyənlər püreni ələkdən keçirib süzə bilər. Silikon qəliblərdən istifadə edə bilərsiniz. Qəlibləri yağla yağlayın. Moruqlu püreni qəlibə bərabər şəkildə yayın. Pastilanı elektirkli meyvə quruducusunda 60 dərəcədə təxminən 6 saat qurudun. Xüsusi quruducunuz yoxdursa, yağlı kağızın üzərinə hazır kütləni töküb səthə bərabər şəkildə yayın. Sobanı yaxşıca qızdırın və pastilanı söndürülmüş sobaya 5 dəqiqəlik yerləşdirin. Bir saatdan sonra sobanı yenidən yandırın (pastilanı çıxartdıqdan sonra), 200 ° C-yə qədər qızdırın, söndürün və yenidən pastilanı yerləşdirin. Bir saatdan sonra proseduru təkrarlayın və bundan sonra pastilanı sobadan çıxarıb gecədən səhərə qədər yağlı kağız üzərində saxlayın. Hazır pastilanı borucuqlar halında büküb kiçik-kiçik kəsin. Ətirli və çox dadlı pastil hazırdır.
Nuş Olsun!
Servings: 1 yield(s)