Ev Şəraitində Qarpız Bəkməzi

Yay aylarında qarpız, qış aylarında isə "qarpız bəkməzi" istifadə edin. Qarpızın tərkibindəki beta karoten, C vitamini və likopenin bütün xərçəng növlərinə qarşı qoruyur və bir çox xərçəng növünün müalicəsində dəstəkləyici rol oynayır. Qarpız bəkməzinin (doşabı) faydaları əvəzolunmazdır. Ürək damar xəstəliklərindən tutmuş, xərçəng riskinin azaldılmasına qədər bir çox xəstəliyə qarşı yüksək mineral və qida elementləri özündə ehtiva edir. Faydalı qarpız bəkməzini özünüz ev şəraitində hazırlaya bilərsiniz. Evdar.az faydalı qarpız bəkməzinin hazırlanma qaydasını təqdim edir. Qarpızı kəsib tumlarını çıxarın. Daha sonra qarpızın lətini ət maşınından keçirin. Şirəsini tənzifdən süzüb ocaqda 1 saat qaynadın. Qaynadıqca qarpız suyu bəkməz konsistensiyasına gələcək. Konsistensiyası tündləşdikdə ocaqdan götürüb soyudun. Qarpız bəkməzi bundan sonra süfrəmizdə yeni bir dad və məhsul olaraq yerini alacaq.
Servings: 1 yield(s)