Ev Şəraitində Təbii, Qatqısız Krem Şanti

Şanti krem tort və desert bəzəklərində, meyvə salatlarında tez-tez istifadə olunan ləzzətli bir məhsuldur. Mağazalarda paketlənmiş toz halında satılan şanti kremi özünüz ev şəraitində hazırlaya bilərsiniz. Evdə olan məhsullarla pulunuza qənaət edərək hazırladığınız bu krem hazır alınıb çırpılmış kremdən heç fərqlənmir. Evdar.az ev şəraitində krem şantinin reseptini təqdim edir. Tərkibi:
  • 2 yumurta ağı (qətiliklə sarısı heç qarışmamalıdır, yoxsa konsistensiya tutmaz)
  • 1 çay qaşığı limon suyu
  • 1 stəkandan bir barmaq əskik şəkər tozu
  • bir çimdik duz
  • 1 paket vanil
Hazırlanması: İlk öncə geniş bir qazana suyu töküb və geniş qazanın içinə oturacaq başqa bir qazan götürün( bir az dərin olsa yaxşı olar, qarışdıranda sıçramasın deyə). Su isinərkən digər quru qazana( qətiliklə quru və təmiz olmalıdır )yumurta ağı və limon suyu, şəkəri və duzu qatıb bir  dəqiqə çırpın. Sonra zəif ocaqda içində az su olan qazanın içinə qoyulub 7 dəqiqə mikserin yüksək sürətiylə çırpın. Daha sonra ocaqdan götürüb bir paket vanil əlavə edib 2 dəqiqə daha çırpın. Hazır olan krem şantiyi 1 saat soyuducuda soyudun. Soyuyan krem şantiyi mini kekslərin, tortların üzərini bəzəmək üçün istifadə edə bilərsiniz.  
Nuş Olsun!
Servings: 1 yield(s)