Ev Şəraitində Tam Buğda Çörəyi

Evdə çörək bişirmək əslində olduqca asan, lakin səbr istəyən bir işdir.  Ağ undan hazırlanmış çörəkdən fərqli olaraq tam buğda unundan hazırlanmış çörək sağlamlığa faydalıdır. Kalorisinin daha az olması və tərkibinə görə daha uzun müddət toxluq hissinin yaratması, arıqlamaq istəyənlər üçün əla seçimdir. Evdar.az ev şəraitində tam buğda unundan çörək hazırlamağın qaydasını təqdim edir.

Ev Şəraitində Tam Buğda Çörəyinin tərkibi:

  • yarım paket yaş maya
  •  1 xörək qaşığı şəkər tozu
  •  1,5 stəkan ilıq su
  •  4 xörək qaşığı zeytun yağı
  •  1 çay qaşığı qaya duzu
  •  6 stəkan tam buğda unu

Ev Şəraitində Tam Buğda Çörəyinin hazırlanma qaydası:

İlk öncə maya, şəkər tozu və ilıq suyu kasada qarışdırın və 15 dəqiqə köpüklənənə qədər kənarda gözlədin. Köpürən mayanı xəmir yoğuracağınız qaba tökün,üzərinə üzərinə zeytun yağı və qaya duzunu əlavə edib qarışdırın.Yavaş-yavaş unu əlavə edib xəmir yoğurma aparatıyla və ya əllə  yoğurun. Təxminən  10 dəqiqə yoğurun. Ələ yapışan bir xəmir olduqda üzərini nəm bir dəsmalla örtüb otaq temperaturunda 2-3 saat acımağa qoyun. Xəmiri yağlı kağız sərilmiş baton qəlibə yerləşdirin. Qəlibin üzərinə nəm dəsmal örtüb xəmiri bir saat  mayalanması üçün gözlədin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 40-45 dəqiqə bişirin. İsti çörəyi süfrəyə yağ və pendirlə verə bilərsiniz. Tam buğda çörəyinin faydaları haqqında buradan oxuya bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)