Gürcü Mətbəxinin İştahaçan Yeməyi Çaxoxbili

Çaxoxbili, Gürcüstan mətbəxinin ən mükəmməl yeməklərindən biridir. Hazırlanması asan olmağına baxmayaraq bu yeməyin özünəməxsus ətri və dadı olur. Evdar.az nahar və ya şam yeməyinə dadlı, iştahaçan toyuqlu çaxoxbili yeməyinin reseptini təqdim edir. Tərkibi:
  • 1,5 kq toyuq bud və bud dibi (və ya hər hansısa bir hissəsi)
  • 1 kq pomidor
  • 500-600 qr soğan
  • 50 ml bitki yağı
  • 5 diş sarımsaq
  • 1 dəstə keşniş
  • 1 çay qaşığı xmeli-suneli
  • 1 çay qaşığı acika
  • zövqə görə duz
Hazırlanma qaydası: Toyuğun bud və bud dibini ayırın. Qazanda bitki yağını qızdırıb toyuq tikələrini qızılı rəng olana qədər qızardın. Qızardılmış toyuq ətinin üzərinə yarım halqa doğranmış soğanı əlavə edib 3-5 dəqiqə birlikdə qızardın. Daha sonra qazana kub formasında doğranmış pomidor (qabığı soyulmuş arzu olunandır) əlavə edin. Üzərinə kərə yağı, acika, xmeli-suneli və duzu da əlavə edib 20-25 dəqiqə qapağı bağlı şəkildə zəif ocaqda bişirin. Bişməyinə 3 dəqiqə qalmış xırdalanmış sarımsaq və doğranmış keşniş əlavə edib qarışdırınn. 3 dəqiqədən sonra ocağı söndürün və yeməyi qapağı bağlı şəkildə 10 dəqiqə kənarda saxlayın. Daha sonra boşqablara çəkib süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)