Gürcü Mətbəxinin Ləziz, İştah Açan Yeməyi: Şkmeruli

Şkmeruli (Chkmeruli) məşhur gürcü yeməyidir. Qaymaqda bişən qızardılmış toyuq yeməyi inanılmaz dadlı, iştah açan və ətirli yeməkdir. Evdar.az şkmeruli yeməyinin reseptini təqdim edir.

Şkmerulinin tərkibi:

  • 1 ədəd toyuq
  • zövqə görə duz, istiot

Sousu üçün:

  • 200 ml 20%-lik yağlılığı qaymaq
  • 2-3 diş sarımsaq
  • duz, istiot
  • keşniş

Şkmerulinin hazırlanma qaydası:

İlk öncə bütöv toyuğu doğrayın (və ya hazır toyuq tikələrindən istifadə edə bilərsiniz). Daha sonra toyuq tikələinin hər tərəfinə duz, istiot səpib tavada yağda iki tərəfli qızardın. Başqa bir qaba qaymaq, sarımsaqəzəndən keçirilmiş sarımsaq, duz, istiot və doğranmış keşniş əlavə edib qarışdırın. Qızaran toyuğu soba sinisinə yerləşdirin. Üzərinə hazırladığınız sousu da töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə bişirin. Hazır yeməyi zövqə görə süzülmüş düyüylə süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)