Həftəsonu İstirahəti Üçün Dadlı Hinduşka Kababı

Hinduşka əti B2, B6, B12 kimi vitamin və bəzi minerallarla olduqca zəngindir. Həftəsonu istirahəti üçün hinduşka ətindən dadlı kabab hazırlaya bilərsiniz. Evdar.az tez və asan hazırlanan hinduşka kababının reseptini təqdim edir. Tərkibi:
  • 1,8 кq hinduşka filesi
  • əridilmiş kərə yağı
  • şirin çili sousu
Solinad üçün (solinad-şəkər və ədviyyatlı duz məhlulu):
  • 3 litr su
  • 3 çay qaşığı şəkər tozu
  • 3 xörək qaşığı duz
  • 1 xörək qaşığı dənəvər istiot ( qara və yamay)
  • 2 buket qarni (bouquet garni) -3 budaq kəklikotu, cəfəri və dəfnə yarpağı
  • 1 baş sarımsaq
Hazırlanma qaydası: Hinduşka filesini marinad etmək üçün solinadı hazırlayın. Bir qazanda su, duz, şəkər tozu, istiot, soyulmadan əzilmiş sarımsaq ( və ya qabığı soyulmuş ) və qarni buketini (kəklikotu, cəfəri və dəfnə yarpağı)töküb qarışdırın. Qazanı ocağa qoyub 5 dəqiqə qaynadıb ocaqdan götürün və soyudun. Hinduşka filesinin üzərindəki nazik pərdəni soyun (əgər varsa). Fileni uzunsov tikələr formasında ( 5x2x3 sm ölçüdə) doğrayın. Ət tikələri soyuyan solinada 24 saatlıq marinada qoyun (2 saatdan sonra sərin yerdə saxlayın). Ətlə birlikdə taxta şişləri də məhlula qoya bilərsiniz. Manqalı hazırlayın və ya qrili maksimum dərəcədə qızdırın. Marinad olunmuş ətləri kağız dəsmalın üzərinə düzüb suyunu qurudun. Daha sonra ətlərin üzərinə frçayla ərinmiş yağ yaxın. Ətləri taxta və ya dəmir şişlərə keçirib manqalda və ya qrildə yaxşıca bişirin. Bişən kababları folqa kağızının üzərinə 3-4 dəqiqəlik düzün. Daha sonra şirin çili sousuyla birgə süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)