Hava kimi yüngül bu krem tort və pirojnalarınıza mükəmməl
dad qatacaq. Bir neçə sadə ərzaqla hazırlanan bu kremi tortlar, pirojnalar və kapkeyklərin bəzədilməsində istifadə edə bilərsiniz.
Evdar.az hava kimi yüngül kremin reseptini təqdim edir.
Hava Kimi Yüngül Tort Kremi
Kremin tərkibi:
- 3 ədəd yumurta ağı
- 1 stəkan şəkər tozu
- çimdik limon duzu
- 1 çay qaşığı vanil
Kremin hazırlanma qaydası:
İlk öncə yumurtaların sarısını ağından ayırın. Dərin bir qaba yumurta ağı, limon duzu, şəkər tozu və vanili əlavə edib qarışdırın. Qabı su hamamının üzərinə yerləşdirin və qarışığı dayanmadan çırparaq şəkər tam həll olunana, kütlə isə köpüklənib həcmi artana qədər qarışdırın. Daha sonra qabı su hamamından götürün və kremi mikserlə təxminən 5 dəqiqə yaxşıca çırpın. Hazır kremi soyuducuya yerləşdirin. Hava kimi yüngül, zərif və dadlı bu krem tort, pirojna, keks, kapkeyk və digər şirniyyatların bəzədilməsi və içliyinin hazırlanması üçün əla seçimdir. Bu krem formasını yaxşı saxladığı üçün tortların və kapkeyklərin bəzədilməsində rahatlıqla istifadə oluna bilər.
Nuş Olsun!