Hazır Lavaşdan Kartoflu Üçbucaq

Sobadan çıxdıqdan sonra isti halda süfrəyə verilən bu ləzzət ağızda xoş bir dad buraxır. Evdar.az sadəcə 3 ədəd hazır lavaşla hazırlanan xırçıldayan kartoflu üçbucağın reseptini təqdim edir. Tərkibi:
  • 3 ədəd lavaş (yuxa)
İçlik üçün:
  • 3 ədəd kartof
  • 1 ədəd soğan
  • duz, istiot, qırmızı pul bibər
  • 2 xörək qaşığı kərə yağı
Ara qatları üçün:
  • 100 qr kərə yağı
  • yarım stəkan nişasta
Üzəri üçün:
  • 1 ədəd yumurta sarısı
  • çörəkotu
Hazırlanma qaydası: İçliyi hazırlamaq üçün kartofların qabığı soyun və suda qaynadın. Qaynadılmış kartofları rəndələyin. Soğanı xırda doğrayın və kərə yağında qızardın. Zəif ocaqda soğan qovrulduqdan sonra rəndələnmiş kartofu da əlavə edin. Üzərinə duz, istiot və pul bibəri əlavə edib qarışdırın və 1 dəqiqə qovurub ocaqdan götürün. Hazır lavaşı dəzgahın üzərinə sərin və fırça köməyiylə əridilmiş kərə yağı yaxın. Yağın üstündən ələkdən keçirərək nişasta səpin. 2-ci lavaşı da yağlanmış, nişasta səpilmiş lavaşın üstünə sərin. 2-ci lavaşı da yağlayıb nişasta səpin. 3-cü lavaşı da sərib yağlayıb nişasta sərin. Hazırladığınız kartoflu içliyi lavaşın hər iki ucuna üfüqi olaraq bir lent şəklində yayın. Daha sonra lavaşın iki ucundan ortaya doğru bükərək orta hissəsindən bıçaq köməyiylə bölün. Üçbucaq şəklində dilimləyib üzərinə yumurta sarısı yaxın. Çörəkotu səpib yağlı kağız sərilmiş soba sinisinə düzün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada qızaranadək bişirin. İlıq ya da soyuq halda süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)