İnanılmaz Dərəcədə Dadlı Və Asan “Düşes Kartof”

"Düşes Kartof" (Pomme Duchesse) və ya "Şahzadə Kartof" inanılmaz dərəcədə dadlı və asan bir qarnirdir. Ət xörəklərinin yanında zərif və ləzzətli qarnir kimi, xüsusən də evdə süfrəyə verəcəyiniz səhər yeməyində çeşid olaraq təqdim edə bilərsiniz. Evdar.az bu ləzzətli qarnirin reseptini təqdim edir.

İnanılmaz Dərəcədə Dadlı Və Asan "Düşes Kartof"un tərkibi:

Bu reseptlə təxminən 20-22 ədəd çıxır.
  • 600 qr kartof
  • 2 ədəd yumurta sarısı
  • 45 qr kərə yağı (3 xörək qaşığı)
  • duz
  • qaynatmaq üçün su
  • istəyə görə bir az muskat qozu rəndəsi

İnanılmaz Dərəcədə Dadlı Və Asan "Düşes Kartof"un hazırlanma qaydası:

İlk öncə kartofun qabığını soyub yuyun və böyük kub formasında doğrayın. Bir qazana doğranmış kartofların üzərini örtəcək qədər su əlavə edin. Bir az duz da əlavə edib orta ocaqda yumşalana qədər bişirin. Bişmiş kartofu süzün, kartof əzənlə və ya çəngəl ilə əzin. Kərə yağını da əlavə edib əzməyə davam edin. Kərə yağı əriyən kimi yumurta sarılarını əlavə edib yaxşıca qarışdırın. Zövqə görə duz, istiot, rəndələnmiş muskat qozu əlavə edib qarışdırın. Kartof püresini krem ​​torbasına doldurun. Soba sinisinə yağlı kağız sərin, krem torbasına istədiyiniz başlığı taxıb forma verərək sıxın. Əvvəlcədən 200-220 dərəcə qızdırılmış sobada kənarları qızarana qədər bişirin. Bişən düşes kartofları isti və ya soyuq halda süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)