İspan Mətbəxinin Ləziz Şirniyyatı- Çurros

Churros (Çurros) bütün dünyanın sevdiyi heyrətamiz desertdir. Evdar.az üstü xırçıltılı, içi yumşaq çurrosun reseptini təqdim edir.

İspan Mətbəxinin Ləziz Şirniyyatı- Çurrosun tərkibi:

Xəmiri üçün:

  • 250 ml su
  • 110 qr yumşaldılmış kərə yağı
  • 1/2 çay qaşığı vanil
  • 1/2 çay qaşığı duz
  • 135 qr un
  • 3 ədəd yumurta

Bişirmək üçün:

  • 700-800 ml bitki yağı

Üzəri üçün:

  • 50 qr şəkər tozu
  • 1/2 çay qaşığı üyüdülmüş darçın

Şokoladlı sousu üçün:

  • 100 qr tünd şokolad
  • 100 ml 35% yağlı qaymaq

İspan Mətbəxinin Ləziz Şirniyyatı- Çurrosun hazırlanma qaydası:

Xəmirini hazırlamaq üçün dərin bir qazana su, kərə yağı, vanil və duzu əlavə edib qarışdırın. Qazanı ocağa qoyub qaynadın. Ocaqdan götürüb üzərinə unu əlavə edib sürətlə qaışdırın. Yenidən qazanı ocağa qoyub 2 dəqiqə dayanmadan qarışdırın. Xəmiri ocaqdan götürüb soyuması üçün kənara qoyun. Soyuyan xəmiri mikserin qabına töküb üzərinə 2 ədəd yumurtanı əlavə edib mikserlə yaxşıca qarışdırın. Qalan 1 ədəd yumurtanı da başqa bir qabda çırpıb xəmirə əlavə edib çırpmağa davam edin. Duru konsistensiyası olan xəmiri “ulduz” başlıqlı konditer torbasına doldurun. Qazana duru yağı töküb yaxşıca qızdırın. Xəmir zolaqlarını yağa sıxaraq mətbəx qayçısıyla kəsib 2 dəqiqə hər tərəfli qızardın. Bir dəfəyə 2-3 zolaqdan çox qızartmayın. Qızaran çurrosları mətbəx salfetinin üzərinə düzün ki, artıq yağı çəkilsin. Bu qaydayla xəmirin hamısını bişirin. Üzəri üçün bir qabda şəkər tozuyla darçını qarışdırın. Bişən çurrosları darçınlı şəkər tozuna bulayın. Şokoladlı sousu hazırlamaq üçün su hamamında şokoladı əridib üzərinə qaymaq əlavə edib yaxşıca qarışdırın. İsti çurrosları şokoladlı sousuyla birgə süfrəyə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)