İtalyan Omleti -Frittata

Yeni günə frittata ilə başlamaq gözəl İtalyan ənənəsidir. Yalnız səhər yeməyi üçün deyil, digər vaxtlarda da süfrəyə isti və ya soyuq halda verilə bilər. Bu yeməyin hiyləsi ondan ibarətdir ki, inqrediyentlərin dəyişdirilməsi yeməyin dadını tamamilə dəyişir. Evdar.az dadlı frittatanın reseptini təqdim edir.

İtalyan Omleti -Frittatanın tərkibi:

  • 50 qr soğan
  • 100 qr pomidor
  • 3 ədəd yumurta
  • 2 xörək qaşığı konservləşdirilmiş qarğıdalı dənəsi
  • 100 qr brokoli
  • 100 qr pendir
  • zövqə görə duz, istiot

İtalyan Omleti -Frittatanın hazırlanma qaydası:

İlk öncə soğanı və pomidoru xırda doğrayın. Brokolini çiçəklərə ayırın. Pendiri sürtgəcdən keçirin. Başqa bir qabda yumurtanın üzərinə duz və istiot töküb yaxşıca çırpın. Sobaya yerləşdirəcəyiniz qəlibə ilk qat doğranmış soğan töküb yayın. Üzərinə pomidor, brokoli və qarğıdalı dənələrini səpin. Tərəvəzlərin üzərinə çırpdığınız yumurtanı töküb yayın. Ən sonda sürtgəcdən keçirilmiş pendir səpib əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.
Nuş Olsun!
Servings: 1 yield(s)