Ləziz Magnolia Pudinqi

ləziz-magnolia-pudinqi
Yields: 1 Serving

Südlü şirniyyat sevənlər üçün Magnolia həm yüngül, həm də asan hazırlanan bir desertdir. Magnolia şirniyyatını mövsümə görə arzuladığınız meyvələrlə də hazırlaya bilərsiniz.  Evdar.az  son zamanlar məşhur olan, ən çox çiyələk və bananın yaraşdığı magnolia reseptini təqdim edir.

Ləziz Magnolia Pudinqinin tərkibi:

  • 1 litr süd
  • 3 xörək qaşığı şəkər tozu
  • 2 ədəd yumurta sarısı
  • 2 xörək qaşığı qarğıdalı nişastası
  • 2 xörək qaşığı un
  • 1 paket uşaq peçenyesi (cici bebe )
  • 1 qutu qaymaq
  • 1 paket vanil
  • 2-3 ədəd banan (arzuladığınız mövsüm meyvələrindən seçə bilərsiniz)

Ləziz Magnolia Pudinqinin hazırlanma qaydası:

Böyük bir qazanın içərisinə süd, un, nişasta, şəkər tozu və vanili töküb qarışdırın.  Zəif ocaqda qarışdıraraq bişirin. 2 ədəd yumurta sarısını da əlavə edərək yaxşıca qarışdırın. Pudinq konsistensiyası alanadək qarışdırmağa davam edin. Daha sonra ocaqdan götürün və soyumasını gözləyin. Pudinq soyuyana qədər, qaymağı başqa bir qabda qabaranadək mikserlə çırpın. Pudinq soyuduqdan sonra çaldığınız qaymaqla qarışdırın. Bananları dilimləyin, peçenyeni blenderlə toz halına gətirin. Kiçik desert qablarına sırayla peçenye ovuntusu töküb, dilimlənmiş banan düzün və pudinqi tökün. Bu şəkildə desert qabı dolanadək təkrar edin. Hazırladığınız ləziz deserti 1 saatlıq soyuducuya yerləşdirin. Soyuducudan götürüb arzu etdiyiniz kimi bəzəyib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir