Ləziz İtalyan Pirojnası “Soffioni”-“Sevgi Məktubu”

Bu maraqlı pirojnalar İtalyan mətbəxinə aiddir. Onların özəlliyi içliyi ilə birlikdə bişməsidir."Soffioni" və ya digər adı ilə "sevgi məktubları" pirojnaları zərfə bənzəyir, çünki içlik xəmirin küncləri ilə bağlanır. Evdar.az ləziz pirojnanın reseptini təqdim edir.

Ləziz İtalyan Pirojnası "Soffioni"-"Sevgi Məktubu"nun tərkibi:

Xəmiri üçün:

  • 150 qr un
  • 1 ədəd yumurta
  • 25 ml duru yağ
  • 40 qr şəkər tozu
  • bir çimdik duz

İçlik üçün:

  • 200 qr kəsmik
  • 2 ədəd yumurta
  • 50 qram şəkər tozu
  • 3-4 damcı limon suyu
  • rəndələnmiş limon qabığı

Ləziz İtalyan Pirojnasının hazırlanma qaydası:

Xəmiri hazırlamaq üçün ilk öncə dərin bir qabda şəkər tozu, duru yağ, yumurta və bir çimdik duz əlavə edib mikserlə və ya tel çırpıcıyla qarışdırın. Ələnmiş unu da üzərinə əlavə edib ələ yapışmayan xəmir yoğurun. Xəmiri salafan paketə qoyub 1 saatlıq soyuducuda gözlədin. İçliyi hazırlamaq üçün 2 ədəd yumurta sarısını ağından ayırın. Bir qabda yumurta sarısının üzərinə şəkər tozu, vanil və ya rəndələnmiş limon qabığı və kəsmik əlavə edib krem halına gələnə qədər qarışdırın. Başqa bir qabda yumurtanın ağına az duz əlavə edib beze olana qədər mikserlə yaxşıca çırpın. Bezenin üzərinə yumurta sarısı qarışığını az-az əlavə edib ehtiyyatla qarışdırın. Xəmiri dəzgahın üzərinə yayıb kvadrat formasında 6 ədəd kəsin. Muffin qəlibinə xəmirləri yerləşdirin. Xəmirlərin küncləri kənara çıxmalıdır. Hər xəmirə içlikdən bölüşdürün. Xəmirin kənarları ilə içliyin üzərini yüngül örtün. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 30 deqiqə, daha sonra 150 dərəcədə 10-15 dəqiqə bişirin. Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpin.
Nuş Olsun!
Servings: 1 yield(s)