Limonlu Krem (Lemon Kurd)

İngilislərin "lemon curd" dediyi  limon kremi və ya limonlu tort kremini kekslərə, tortlara, peçenyelərə istifadə edə bilərsiniz. Bu kremi 2 həftə soyuducuda, 6 ay buzxanada saxlaya bilərsiniz. Evdar.az ləzzətli limonlu tort kreminin reseptini təqdim edir.

Limonlu Kremin tərkibi:

  • 100 qr kərə yağı
  • 1 stəkan şəkər tozu
  • 2 ədəd yumurta
  • 2 ədəd limon
  • 1 xörək qaşığı nişasta

Limonlu Kremin hazırlanma qaydası:

Limonların qabıqlarını çox incə rəndələyib kiçik bir qazana qoyun. Daha sonra limonların suyunu da sıxıb əlavə edin. Üzərinə şəkər tozu, yumurta və nişastanı əlavə edib tel çırpıcı ilə qarışdıraraq zəif ocaqda bişirin. Qarışıq qatılaşdıqda ocağı söndürün. Kərə yağını da əlavə edib əriyənə qədər qarışdırın. Steril bankalara (bankaları qaynayan suda 5-10 dəqiqə qaynadaraq sterilizə edə bilərsiniz) doldurun, qapağını bağlayıb soyuducuya yerlə.dirin.  Kreminiz hazırdır. Bu kremi limonlu peçenyenin üzərinə yaxıb süfrəyə verə bilərsiniz. Limonlu peçenyenin reseptini buradan oxuya bilərsiniz.
Servings: 1 yield(s)