Mətbəxdə Ləzzətli Qoxular Yayacaq Hind Yeməyi “Tikka Masala”

Hind mətbəxinin ən məşhur klassiklərindən biri olan Tikka Masala bol sousu və ədviyyatı ilə çox doyurucu Şimali Hindistan yeməyidir. Tikka Masalanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri "garam masala" adlanan hind ədviyyatlarının qarışığıdır. Garam masala da isti ədviyyat qarışığı adlanır. Bir çox ədviyyat qarışığı kimi, bölgədən bölgəyə və aşpazdan aşpaza dəyişir. Tikka Masala yeməyi üçün sizə lazım olan tək şey hind ədviyyatlarıdır. Yumşaq toyuq əti ilə ləzzətli sousun qovuşduğu bu yeməyi yeyənlər daha bir boşqab istəyəcəklər. Evdar.az mətbəxdə ləzzətli qoxular yayacaq hind yeməyi "Tikka Masala"nın reseptini təqdim edir.

Mətbəxdə Ləzzətli Qoxular Yayacaq Hind Yeməyi "Tikka Masala"nın tərkibi:

  • 2 ədəd soğan
  • bitki yağı
  • 4 diş sarımsaq
  • 1 xörək qaşığı zəncəfil
  • 1 çay qaşığı sarıkök
  • 1 xörək qaşığı pul bibər
  • 1 xörək qaşığı paprika
  • 1 çay qaşığı istiot
  • 1 çay qaşığı kimyon
  • 200 ml qaymaq
  • 1 stəkan su

Ətin marinadı üçün:

  • 4 ədəd toyuq filesi
  • 1 çay qaşığı kimyon (cirə)
  • 1 xörək qaşığı paprika
  • 1 xörək qaşığı duz
  • 1 çay qaşığı istiot
  • 1 çay qaşığı pul bibər
  • 1 çay qaşığı xardal
  • 4 diş sarımsaq
  • 1/2 stəkan qatıq
  • limon suyu

Mətbəxdə Ləzzətli Qoxular Yayacaq Hind Yeməyi "Tikka Masala"nın hazırlanma qaydası:

İlk öncə toyuq filesini orta kub formasında doğrayın. Bir qaba toyuq filesini töküb üzərinə kimyon, paprika, duz, istiot, xardal, sarımsaqəzəndən keçirilmiş sarımsaq, qatıq və limon suyu töküb qarışdırın. Marinad etdiyiniz əti 30 dəqiqə kənarda saxlayın. Tavaya bitki yağı töküb marindalı fileni ocaqda arabir qarışdıraraq bişirib ocaqdan götürün. Başqa bir tavaya bitki yağı töküb kiçik kub formasında doğranmış soğan və sarımsağı qovurun. Üzərinə sarıkök, pul bibər, paprika, istiot, kimyon və zəncəfil töküb qarışdırın. Qovrulan soğanın üzərinə qaymağı və bişmiş ədviyyatlı toyuq ətini töküb qarışdırın. Üzərinə su tökün və tavanın qapağını örtüb su çəkilənə qədər 5 dəqiqə bişirin. Hazır ədviyyatlı yeməyi süfrəyə bişmiş düyü ilə verə bilərsiniz.
Nuş Olsun!
Servings: 1 yield(s)